Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib.
Modern.az xəbər verir ki, yürüş bir dövrədən ibarət olub. Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib.
Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.