Türkiyənin yeni hazırladığı ağır helikopter ilk uçuşunu həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.
Bildirilib ki, "Atak-2" adlı helikopter TUSAŞ şirkəti tərəfindən istehsal olunub. Helikopter təxminən 1,5 ton sursat daşıya biləcək.
"Atak-2" ilk dəfə havaya qalxdı. TUSAŞ-ı və bütün əməyi keçənləri təbrik edirik”, - İsmayıl Dəmir deyib.