Modern.az

Taxıl sazişinin uzadılacağına ümid edirik - Ərdoğan

Taxıl sazişinin uzadılacağına ümid edirik - Ərdoğan

1 May 2023, 12:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fəaliyyət müddəti mayın 18-də başa çatacaq taxıl sazişinin uzadılacağına ümid edir.

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə "ТRТ Turk" telekanalına müsahibəsində danışıb.

 

“Həm əsir mübadiləsi, həm də taxıl sazişinin təşkili zamanı Ukrayna və Rusiya dövlət başçıları arasında yaradılan əlverişli atmosferdən istifadə etdik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və taxıl sazişinin uzadılacağını düşünürük”, - deyə Türkiyə lideri bildirib.

 

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?