Modern.az

Bakıda Gürcüstana məxsus yük vaqonu aşıb

Bakıda Gürcüstana məxsus yük vaqonu aşıb

2 May 2023, 08:51

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

 

“Azərbaycan Dəmir Yollar” QSC-dən Modern.az-a bildirilib ki, nəticədə vaqondan yük axını baş verib.

 

Hadisənin başvermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

 

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?