Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış müşahidə olunur.
Quba, Xaltan, Qrız, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb. Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.