Modern.az

Bu ailələrə uşaqlara görə pul veriləcək

Bu ailələrə uşaqlara görə pul veriləcək

Aktual

3 May 2023, 12:36

“Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

 

“Müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir”, - deyə o bildirib.

 

Nazir müavini uşaqların təcili müəssisəyə yerləşdirilməsinə də aydınlıq gətirib. “Uşaqların təhlükəsizliyi ilə bağlı problem yaranarsa, nazirlik tərəfindən uşaq himayədar ailədən alınacaq. Bundan sonra nazirlik tərəfindən ilkin dəyərləndirmə aparılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal