Modern.az

Türkiyədə seçki qadağaları BAŞLADI

Türkiyədə seçki qadağaları BAŞLADI

Aktual

4 May 2023, 10:24

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri öncəsi bəzi qadağalar qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, seçkilərə 10 gün qalmış ölkə üzrə rəy sorğuları keçirmək və proqnozlar vermək qadağan olunub.

 

Seçki gününə qədər hər hansı namizədin lehinə və ya əleyhinə, eləcə də seçicilərin səslərinə təsir edəcək ictimai rəy sorğuları və proqnozlara icazə verilməyəcək.

 

Qaydaları pozanlar barədə Baş Prokurorluğa, Radio və Televiziya Ali Şurasına, İnformasiya Texnologiyaları və Rabitə Qurumuna məlumat veriləcək və onlar haqqında cəzalar müəyyənləşəcək.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?