Modern.az

Bakı-Ağstafa qatarı bəzi stansiyalarda niyə dayanmır?

Bakı-Ağstafa qatarı bəzi stansiyalarda niyə dayanmır?

Aktual

4 May 2023, 10:44

Bakı-Ağstafa dəmir yolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar, eləcə də digər stansiya və dayanacaqlarda platformalar sürət qatarları üçün nəzərdə tutulmuş platformadan fərqli olduğu üçün qatarların bu stansiyalarda dayanması hazırda texniki olaraq mümkün deyil.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

 

"Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1 100 mm hündürlüyü olan sərnişin platformalarında dayanacaq etmək üçün texniki imkanı var. Bu ilin sonunda şirkətdən alınmış yeni qatarlar ölkəyə gətiriləcək. Həmin qatarlar ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayana biləcək”, - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu