Rusiyanın Kremlə PUA hücumunun arxasında ABŞ-ın dayanmasına dair iddiaları tamamilə yalandır.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
ABŞ rəsmisi Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun Kremlə hücumla bağlı yalan danışdığını söyləyib.
“Biz nə baş verdiyini hələ bilmirik, vəziyyəti qiymətləndiririk. Peskovun Vaşinqtonun bu məsələ ilə əlaqəsinin olmasına dair iddialarını gördüm. Mən sizi əmin edirəm ki, orada ABŞ iştirak etməyib, bizimlə əlaqəli deyil. Peskov yalan danışır”, - Kirbi Kremlə cavab verib.