Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistan parlamentinin spikeri Alen Simonyan ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Şentop özünün tvitter hesabında məlumat yayıb.
"Regional sülh və sabitlik bütün ölkələrin ehtiyacıdır. Ona görə də əlaqələri inkişaf etdirmək üçün ölkələrimiz arasında dialoq qurmalıyıq", - deyə spiker qeyd edib.
Xatırladaq ki, Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak etmək üçün Ankaraya səfər edib.