Modern.az

Vaşinqton görüşü başa çatdı - YENİLƏNİB 

Vaşinqton görüşü başa çatdı - YENİLƏNİB 

4 May 2023, 22:59

1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. 

 

Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. 

 

Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 

***

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.

 

Modern.az xəbər verir ki, danışıqlar ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.

 

Qeyd edək ki, görüş öncəsi Blinken sülh sazişi istiqamətində ciddi irəliləyiş əldə edildiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var