Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 5 gün öncə dünyasını dəyişib.
Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.
Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.
Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.