Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - deyən Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.
O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Bildirib ki, xalq yalnız o adamları (Paşinyanı nəzərdə tutur-red) seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır.
“Ona görə də, ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, - deputat söyləyib.