Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.
Modern.az xəbər veri ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.
Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.