Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş Əfv Sərəncamının icrasına Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.
Modern.az-ın məlumatına görə, müəssisədən 12 nəfər azadlığa buraxılıb. Sərəncama əsasən 21 nəfər məhbusun cəzası azaldılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.