Modern.az

Vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə - FOTOLAR

Vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə - FOTOLAR

Aktual

9 May 2023, 11:58

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb.


Modern.az xəbər verir ki, Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.


 
Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində və müxtəlif görüşlərdə iştirak edəcək və zəlzələdən əziyyət çəkən Kahramanmaraş bölgəsini ziyarət edəcək.

 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?