Modern.az

Nazirlikdən Cəlilabadda ağacların kəsilməsinə REAKSİYA

Nazirlikdən Cəlilabadda ağacların kəsilməsinə REAKSİYA

10 May 2023, 09:52

Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki marketin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir neçə ağacın Cəlilabad şəhər sakini Elnur Ağayev tərəfindən kəsildiyi müəyyən olunub.

 

“Faktla bağlı akt, protokol tərtib edilib və E.Ağayev barəsində qanunamüvafiq tədbir görülüb”, - o deyib.

 

Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara qulluq göstərilməsi məqsədilə Cəlilabad bələdiyyəsinə müvafiq göstəriş verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?