Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 halda yanğına çıxış, bir halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər xilas olunub. Həmçinin Sabunçu rayonundakı yataqxana binasında baş verən partlayış zamanı iki nəfər xəsarət alıb, dağıntılar altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.