Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
"Bu gün Azərbaycan xalqı Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb", - məlumatda deyilir.