Modern.az

Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edəcək

Aktual

11 May 2023, 11:44

Mayın 17-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinlərini qəbul edəcək.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Qəbula yazılmaq üçün mayın 16-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?