Modern.az

Türkiyə yeni təlimə başladı - Hərbçilərimiz də iştirak edir

Türkiyə yeni təlimə başladı - Hərbçilərimiz də iştirak edir

11 May 2023, 14:03

Türkiyə Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, həmçinin Sahil Mühafizə Komandanlığının birgə iştirakı ilə "Kurtaran-2023" hərbi təlimləri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Omandan olan 41 müşahidəçi iştirak edir.

 

Hərbi təlimə müxtəlif suüstü və sualtı gəmilər, sualtı qayıqlar da qatılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi