İranda 4 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 kilometr cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.