Modern.az

Seçki məntəqəsində infarkt keçirən 2 nəfər ÖLÜB

Seçki məntəqəsində infarkt keçirən 2 nəfər ÖLÜB

14 May 2023, 14:48

Türkiyənin Rizə və Trabzon şəhərlərində seçki məntəqəsində infarkt keçirən iki nəfər həyatını itirib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Rizə şəhərinin Pazar rayonu Əkiztəpə səmtində seçki məntəqəsi məmuru Şərəf Kurt vəzifə başında infarkt keçirib. Hadisə yerinə gələn təcili yardım qrupları Kurta ilkin tibbi yardım göstərdikdən sonra o Kaçkar Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, Kurtu xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

 

Oxşar hadisə Trabzonda da baş verib. Belə ki, Trabzonun şəhərinin Akçaabat rayonunun Derecik qəsəbəsində yaxınları ilə birlikdə 1093 saylı seçki məntəqəsinə gedərək səs verən 75 yaşlı Aysel Ulusoyun halı pisləşib.

 

O ətrafdakıların ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisələrlə bağlı araşdırmalar davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?