Modern.az

Binəqədidə ev oğrusu saxlanılıb

Binəqədidə ev oğrusu saxlanılıb

Hadisə

11 Aprel 2026, 12:58

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.

Modern.az xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 min 50 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.

Araşdırmalar davam etdirilir. (APA)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV