Modern.az

Masazırda 2 qadın amansızlıqla qətlə yetirildi

Masazırda 2 qadın amansızlıqla qətlə yetirildi

Hadisə

11 Aprel 2026, 12:55

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

Modern.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. (Report)

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...