"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr dəqiqləşənə qədər millətimizin iradəsini qorumağa davam edirik".
Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Değerli dava ve yol arkadaşlarım...
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 14, 2023
Oy verme işlemi ülkemiz genelinde, hamdolsun, demokrasimize yakışır bir şekilde tamamlandı. Şimdi, her zaman olduğu gibi sandıklara sıkı sıkıya sahip çıkma vakti. Sonuçlar kesinleşinceye kadar milletimizin iradesini korumaya devam!..