Kolumbiyada 4,8 maqnitudalı zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ paytaxt Boqotadan təxminən 75 kilometr cənub-şərqdə yerləşən Vilyavisensio yaxınlığında olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.