Modern.az

Geomaqnit sahəsi qeyri-stabil olacaq - Rəsədxana

Geomaqnit sahəsi qeyri-stabil olacaq - Rəsədxana

Aktual

15 May 2023, 11:54

Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam edərək, 3 C sinifli və 3 M sinifli alışma baş verib.

 

Bu barədə Modern.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var:

 

"Hesabat dövründə mayın 7-də və 9-da baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktiv olub və həftə ərzində ardıcıl olaraq G1 səviyyəli qasırğalar qeydə alınıb. Hal-hazırda geomaqnit sahəsi sakitdir".

 

Bildirilib k, Günəş küləyinin sürətinin normala dönəcəyi, 12 mayda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə 16 maydan başlayaraq yenidən sürətlənəcəyi proqnozlaşdırılır:

 

"Geomaqnit sahəsinin 16 maydan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?