Modern.az

Türkiyədə iki azərbaycanlı deputat seçildi: Biri AKP-dən, digəri CHP-dən...

Türkiyədə iki azərbaycanlı deputat seçildi: Biri AKP-dən, digəri CHP-dən...

Aktual

15 May 2023, 13:06

Türkiyədə keçirilən parlament seçkilərində Azərbaycan əsilli namizədlər də iştirak edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan əsilli namizədlərin əksəriyyəti siyasi partiyalar tərəfindən irəli sürülüb.

 

Onlardan bir çoxu Türkiyənin siyasi sferasında kifayət qədər məşhurdur. Bir neçə namizəd isə müstəqil olaraq seçkiyə qatılmaq qərarına gəlib.

 

Ötən gün keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, Azərbaycan əsilli namizədlərdən ikisi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputat mandatını qazanıb. Parlamentin hazırkı üzvü Şamil Ayrım hakim Ədalət və İnkişaf Partiyasından (AKP), Ensar Aytekin isə Cümhutiyyət Xalq Partiyasından (CHP) deputat seçilib.

 

Qeyd edək ki, Türkiyədə parlament seçkilərində azı 16 Azərbaycan əsilli namizəd iştirak edib. Onların siyahısını təqdim edirik:

 

Adil Aşırım - Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə namizədliyə namizədi, İğdırlı

Şamil Ayrım - Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə namizədliyə namizədi, İğdırlı 

Asif Qurban - Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir üzrə namizədliyə namizədi, azərbaycanlı 

Esma Özörmenoğlu - Milliyyətçi Hərəkat Partiyasının (MHP) Antalya üzrə namizədliyə namizədi, azərbaycanlı 

Cavid Aydın - Milliyyətçi Hərəkat Partiyasının (MHP) Eskişehir üzrə namizədliyə namizədi, azərbaycanlı 

Səttar Kaya - İYİ Partiyanın Qars üzrə namizədliyə namizədi, qarslı

Zülfikar Aras - Milli Yol Partiyasının namizədliyə namizədi

Derya Akdemir - Müstəqil olaraq İstanbulun üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb 

Lokman Kızılörenli - Milliyyətçi Hərəkat Partiyasının (MHP) İzmir üzrə namizədliyə namizədi, İğdırlı 

Müşteba Sevil - Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bölgə namizədi, Cənubi azərbaycanlı

Ali Özgündüz - Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bölgə namizədi 

Göksel Gülbey - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi

Gülay Aras - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi 

Ensar Aytekin - Cümhuriyyət Xalq Partiyasının (CHP) Balıkesir üzrə namizədliyə namizədi 

Metin Ova - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi

Aysel Sadak İltaş - Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara üzrə namizədliyə namizədi

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?