Seçkiləri sosial şəbəkələrdə əsən saxta küləklərlə yox, meydanlarda qazanacağıq.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.
O vurğulayıb ki, müxalifət (CHP lideri Kamal Kılıçdaroğlunu nəzərdə tutur-red) terror təşkilatının uzantıları ilə əməkdaşlıq etməklə seçkidə qalib gələ bilməcəyini başa düşməlidir.
"İnsanlarımız terror təşkilatına səs vermirlər. Kılıçdaroğluna qarşıdakı 12 gündə təmiz siyasət aparmasını arzu edirəm”, - deyə Türkiyə lideri vurğulayıb.
Dövlət başçısı, həmçinin bildirib ki, Türkiyə xalqı ona xidmət edənlərə səs verəcək. "Hər zaman demişəm, yenə deyirəm, biz qalib gələndə bu ölkədə heç kim uduzmayacaq", - Ərdoğan qeyd edib.