Bakının Nərimanov rayonunda parkın suvarılması üçün 4 subartezian quyusu qazılıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Nərimanov Rayon İcra Hakimiyyətində keçirilmiş görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev sudan qənaətlə istifadə ilə bağlı rəhbərlik etdiyi Nərimanov bələdiyyəsinin də işlər apardığını, bələdiyyəyə məxsus 7 hektarlıq parkın suvarılmasında artıq içməli sudan istifadə edilmədiyini, parkın suvarılması üçün 4 ədəd subartezian quyusu qazıldığını, daha 3 quyunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib.