Modern.az

YAP-ın iki rayon təşkilatının sədri DƏYİŞDİRİLDİ

YAP-ın iki rayon təşkilatının sədri DƏYİŞDİRİLDİ

Aktual

17 May 2023, 15:16

Bayram Mirazim oğlu Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimov isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunublar.

 

Modern.az xəbər verir ki, Bayram Aslanov və İsmayıl İbrahimov YAP İdarə Heyətinin iclasında çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

 

Qeyd edək ki, daha əvvəl YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov olub. O, bu ilin mart ayında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?