Modern.az

Moskvada üçtərəfli görüş başa çatdı - YENİLƏNİB (VİDEO)

Moskvada üçtərəfli görüş başa çatdı - YENİLƏNİB (VİDEO)

Aktual

19 May 2023, 16:57

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşü sona çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

***

14:12

 

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünə start verilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

 

 

***

13:28

 

Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrovun Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşündən sonra üçtərəfli formatda görüş keçirilməsi gözlənilir.

 

***

12:08

 

Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlara start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Görüş C.Bayramovun Moskvaya səfəri çərçivəsində baş tutub.

 

Qeyd edək ki, Lavrovun bu gün Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub. Daha sonra üçtərəfli formatda görüş baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi