İspaniyada Hərbi Hava Qüvvələrinə məxsus F-18 döyüş təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə sərgi zamanı baş verib. Pilot katapult etməyi bacarsa da, ayağından xəsarət alıb.
Qırıcı hərbi düşərgənin ərazisinə düşüb, bundan sonra yanğın başlayıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Pilot xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.