Əfqanıstanın şimal-şərqində Pakistanla Tacikistanın sərhədlərı yaxınlığında 5,3 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 35 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 80 kilometr dərinlikdə yerləşıb. Zəlzələ Əfqanıstanın paytaxtı Kabildə də hiss edilib.
Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə məlumat verilməyib.