Modern.az

Ermənistanın tanıdığı ərazilərə anklavlar da daxildir - PAŞİNYAN

Ermənistanın tanıdığı ərazilərə anklavlar da daxildir - PAŞİNYAN

Aktual

22 May 2023, 14:22

Ermənistanın tanıdığı 86.6 min kvadrat kilometr Azərbaycan ərazisinə anklavlar da daxildir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

 

" 86.6 min kvadrat kilometr əraziyə anklavlar daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsinin müzakirəsinə ehtiyac var", - o bildirib.

 

Paşinyan, həmçinin Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib. "Anklavlara gəlincə, burada bir neçə variant var və ya heç nə dəyişməyəcək, ya da sülh müqaviləsi imzalanandan sonra ərazi mübadiləsi baş verəcək", - Baş nazir qeyd edib.

Bu xəbər ilə bağlı
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırıq - Paşinyan
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?