Modern.az

Səfərbərlik Xidmətinin binasına qanunsuz müdaxilə - FOTO

Səfərbərlik Xidmətinin binasına qanunsuz müdaxilə - FOTO

Aktual

22 May 2023, 17:32

Bakıda memarlıq abidələrinə qanunsuz müdaxilə edilib.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.

 

Memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edək ki, bu bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.

 

Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir.


"Bildiririk ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

 

Bir daha diqqətə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar", - Mədəniyyət Nazirliyindən qeyd edilib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmisi Füzuli İsmayılov Modern.az-a bildirib ki, adıçəkilən ünvanda təmir işləri bir neçə ay bundan əvvəl başlanıb.

"Müvafiq dövlət qurumu tərəfindən qeyd edilən hallar Xidmətin yeni rəisi Mürsəl İbrahimovun tam nəzarətindədir. Sözügedən məsələlər qısa vaxtda öz həllini tapacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?