Modern.az

“Qırmızı kitab”da balıq növlərinin siyahısı genişləndirilib

“Qırmızı kitab”da balıq növlərinin siyahısı genişləndirilib

23 May 2023, 16:55

"Qırmızı kitab"ın lll nəşrinə salınan balıq növlərinin sayı 11-ə çatıb.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Bioloji müxtəlifliyin qorunması mövzusunda keçirilən konfransda bildirib.

 

 O qeyd edib ki, "Qırmızı kitab"ın lll nəşrində balıq növlərinin siyahısı genişləndirilib: "Belə ki ikinci nəşrdə 9 növ var idi isə üçüncü nəşrdə 11 növ var. Bu növlərin müəyyən edilməsində həm Xəzər dənizində həm də daxili su hövzələrində olan tədqiqatlar aparılıb.

 

2021-ci ildən başlayaraq bu tədqiqatları Qarabağ regionunda və Şərqi Zəngəzurda da aparmışıq. "Qırmızı kitab"a daxil edilən balıq növlərinin siyahısı da buna uyğun tərtib edilib".


"Ümumiyyətlə, Azərbaycanda balıq növlərinin sayı azdır. Bu həm Xəzər dənizinin qapalı su hövzəsi olması, həm də Azərbaycanın su ehtiyatlarının məhdud olması və iqlimlə bağlıdır. Azərbaycanda olan balıq növləri az olsa da endemik növlərdir. Onların demək olar, yarıdan çoxu yalnız Azərbaycanda rast gəlinən növlərdir.
Dünyada 23 min balıq növü var. Lakin Xəzər hövzəsində 154 balıq növü varsa, Xəzərin özündə də 120-dən çox, Xəzərin Azərbaycana aid sularında isə 80-nə qədər balıq növü var. Ölkəmizdəki şirin sularda isə 80 növə qədər balıq növləri var. Bu, çox azdır. Ona görə biz bu növləri qorumalı və ehtiyatla yanaşmalıyıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu