Modern.az

Naxçıvanın yeni prokuroru KİMDİR...

Naxçıvanın yeni prokuroru KİMDİR...

Aktual

23 May 2023, 17:20

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına yeni prokuror təyin edib. Dövlət başçısının bu gün imzaladığı sərəncama əsasən, Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub.

 

Modern.az-ın məlumatına görə, Sənan Paşayev yeni təyinata qədər Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb.

 

O, daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub. 

 

S.Paşayev Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Qeyd edək ki, Sənan Paşayev ötən ilin dekabr ayında Naxçıvana təyinat alıb. O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun yerinə gətirilmişdi.

 

Bundan əvvəl Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev olub. O, bu ilin yanvar ayında vəzifəsindən azad olunub. 

 

Səbuhi Şahverdiyev 21 il Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini tutub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur