Modern.az

Xarici borclanmanın yuxarı həddi təsdiqləndi

Xarici borclanmanın yuxarı həddi təsdiqləndi

Aktual

24 May 2023, 11:12

Azərbaycan Respublikasının 2022-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 600,0 milyon manat məbləğində təsdiq edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

 

Hesabat ili ərzində 22,0 milyon Avro (39,3 milyon manat ekvivalentində) məbləğində aşağıdakı layihələr üzrə kredit müqavilələri imzalanıb:

 

- Avropa Yenidənqurma və İnkişaf Bankı ilə “Gəncə şəhərində Bərk Məişət Tullantılarının İdarə Edilməsi Layihəsi” üzrə, 10,0 milyon avro (17,9 milyon manat), 3 il güzəşt müddəti daxil olmaqla, 10 il müddətinə, müvafiq istinad faiz dərəcəsi üstəgəl dəyişkən marja ilə; 

 

- Avropa Yenidənqurma və İnkişaf Bankı ilə “Gəncə şəhərində Küçələrin İşıqlandırılması” layihəsi üzrə, 12,0 milyon avro (21,4 milyon manat), 3 il güzəşt müddəti daxil olmaqla, 15 il müddətinə, müvafiq istinad faiz dərəcəsi üstəgəl dəyişkən marja ilə.

 

Azərbaycan Respublikasının 2022-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1100,0 milyon manat məbləğində müəyyən edilmişdir. Hesabat ili ərzində dövlət borcu üzrə 1433,4 milyon manat məbləğində təkrar (yenidən) maliyyələşdirilmə əməliyyatları nəzərə alınmaqla, daxili maliyyə bazarından 2507,2 milyon manat məbləğində borc vəsaiti cəlb edilmişdir. Dövlət borcunun yenidən maliyyələşdirilməsi üzrə aparılan əməliyyatlar dövlət borclanmasının yuxarı həddinə (limitinə) daxil edilmədiyindən, 2022-ci il üçün daxili dövlət borcu üzrə borclanmanın həcmi dövlət borclanmasının yuxarı həddindən (limitindən) aşağı olub.

 

Yenidən maliyyələşdirilmə əməliyyatları hesabına cəlb edilmiş vəsaitlə 838,4 milyon manat məbləğində ödəniş vaxtı çatan dövlət istiqrazları və Azərbaycan Respublikasının 2024-cü ildə geri qaytarılmalı olan 1250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobondların) 350,0 milyon ABŞ dolları (595,0 milyon manat) məbləğində hissəsi əvəz edilib.

 

2022-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 800,0 milyon manat məbləğində təsdiq edilmişdir. Hesabat ili ərzində dövlət zəmanəti verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?