Modern.az

Aktiv koronavirus xəstələri hələ də var - TƏBİB rəhbəri

Aktiv koronavirus xəstələri hələ də var - TƏBİB rəhbəri

Aktual

24 May 2023, 12:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

 

TƏBİB rəhbəri hazırda karantin rejiminin davam etdiyini xatırladıb. O, həmçinin bildirib ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

 

V.Qurbanov, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələri mövcud olduğu üçün və onların müalicələrinin stasionar rejimdə davam etdirildiyi üçün bununla bağlı tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?