Elbrus dağında Belarusdan olan 6 nəfərdən ibarət qrup itkin düşüb.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları itkin düşənlərin axtarışına başlayıb.
Məlum olub ki, turistlər mayın 21-də bazaya qayıtmalı idilər, lakin indiyədək onlarla əlaqə saxlanılmayıb.