Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub.
Modern.az xəbər verir ki, hadisə parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib.
Əvvəlcə Sarkisyanla hakim partiyadan olan deputat Hovik Ağazaryan arasında söz atışması başlayıb. Daha sonra əlbəyaxa dava düşüb.
Ermənistan spikeri Alen Simonyan parlamentin Təhlükəsizlik Xidmətini çağırıb, hərbçilər Sarkisyanı zaldan uzaqlaşdırıblar.