"İçərişəhər" metrostansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
"Bakı Metropoliteni" QSC-dən Modern.az-a verilən məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib.
Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.