Modern.az

May ayının müavinət və təqaüdləri ödənildi

May ayının müavinət və təqaüdləri ödənildi

Aktual

25 May 2023, 14:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.

 

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?