Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

25 May 2023, 14:54

Mayın 25-də Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

 

Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən səhiyyə, icbari tibbi sığorta, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub.

 

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?