Modern.az

Azərbaycanda ən çox kimə səs verilib? - YENİLƏNİB

Azərbaycanda ən çox kimə səs verilib? - YENİLƏNİB

28 May 2023, 21:07

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermədə istifadə edilən seçki bülletenlərinin 26.67%-i sayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 37.1% olub.

 

İlkin nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51.42%, CHP sədri Kemal Kılıçdaroğlu 58.58% səs toplayıb.

***

19:55

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 31.7% olub.

 

Hazırda səslərin 20%-i sayılıb. Bu nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 45.7%, CHP sədri Kemal Kılıçdaroğlu 54.29% səs toplayıb.

 

Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycanda 6650 Türkiyə vətəndaşı səs verib və seçici aktivliyi 60.26% təşkil edib. Yekun nəticələr aşağıdakı kimi olub:

 

Rəcəb Tayyib Ərdoğan - 49.42%

Kemal Kılıçdaroğlu - 41.92%

Sinan Oğan - 6.42%

Muharrem İnce - 2.24%

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?