Modern.az

Azərbaycan dünyada böyük təsirə malikdir - İsrail Prezidenti 

Azərbaycan dünyada böyük təsirə malikdir - İsrail Prezidenti 

Aktual

30 May 2023, 17:04

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm.

 

Modern.az xəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

 

Dövlətimizin başçısının ona Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə danışdığını vurğulayan İ.Hersoq deyib: “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat