Modern.az

Belqoroddan 300 uşaq təxliyə edilir

Belqoroddan 300 uşaq təxliyə edilir

31 May 2023, 11:28

Rusiyanın Belqorod vilayətinin Şebekino və Qrayvoronsk dairələrindən 300 uşaq təxliyə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

 

Onun sözlərinə görə, təxliyə olunan uşaqlar Voronej vilayətinə aparılacaq.

 

Qeyd edək ki, Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayəti mütəmadi artilleriya zərbələrinə məruz qalır. Ötən gecə Şebekino şəhəri “Qrad” sistemlərindən yaylım atəşinə tutulub. Nəticədə bir neçə yaşayış binasına, məktəbə və inzibati binaya ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?