İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib.
Modern.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Edam edilən şəxslərin narkotik maddələrin alverində ittiham olunduğu bildirilir.
Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam olunub.